Prezident İlham Əliyev istər regional, istərsə də beynəlxalq platformalarda dövlətimizin maraqlarını yüksək səviyyədə təmin edir
Azərbaycanın dəqiq hesablanmış və düzgün qurulmuş xarici siyasi strategiyası milli maraqlara əsaslanaraq ölkələrlə qarşılıqlı anlaşma, hörmət, demokratik prinsiplər üzərində daim inkişaf edir. Məhz bu effektli siyasət, o cümlədən ədalətli mövqe, qətiyyətli addımlar dövlətimizi dünyada məsuliyyətli və etibarlı tərəfdaş kimi tanıdıb, regional liderliyini daha da möhkəmləndirib və qlobal aləmdə əsas aparıcı aktora çevirib. Eləcə də beynəlxalq münasibətləri həm nəzəri, həm də praktiki səviyyədə dərindən bilən, geniş və məntiqli analitik təfəkkürə, məqsədyönlü, düşünülmüş siyasi baxışlara sahib olan Prezident İlham Əliyev istər regional, istərsə də beynəlxalq platformalarda dövlətimizin maraqlarını yüksək səviyyədə təmin edir.
ŞƏT-in budəfəki Zirvə toplantısı, orada qəbul edilən qərarlar və sənədlər iştirakçı dövlətlər, o cümlədən Azərbaycan üçün faydalı olacaq, ölkələrarası əməkdaşlığı daha da gücləndirəcək, beynəlxalq və regional problemlərin həllinə ciddi kömək göstərəcək.
Etibar Məmmədov
Göygöl RİHB Qarabulaq kənd İƏD üzrə nümayəndəsi