image image

Milli maraqlara və gələcək inkişafa hədəflənən təşəbbüs

image

 

Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı irəli sürülən təşəbbüs sözün əsil mənasında ölkəmizdə yaranmış yeni tarixi reallıqlara uyğun olaraq gələcək inkişafımıza xidmət edən növbəti bir addımdır. Bu bir danılmaz faktdır ki, tarixi inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan doğan zərurətdir.
Belə ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və Müzəffər Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası həyatın bütün sahələrini əhatə etməklə yanaşı eyni zamanda bütün istiqamətlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hədəflənmişdir. Nəhayət qarşıya qoyulan mühüm hədəflərə doğru atılan qətiyyətli adddımlar nəticəsində Azərbaycanın iradəsi ilə Cənubi Qafqazda tam yeni geosiyasi konfiqurasiya yarandı, ölkəmizin obrazı yeniləndi və ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu, 44 günlük Vətən Müharibəsi və ardınca bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvasının tam dağıdılması ilə dünyaya dövlət və millət olaraq gücümüzü göstərmiş olduq. Bunun nəticəsi kimi bu gün bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır. Bütün bu möhtəşəm tarixi hadisədən sonra ölkədə yaranmış yeni ictimai-siyasi vəziyyət bir sıra mühüm proseslərin reallaşdırılmasına imkan verdi. İlk dəfə olaraq ölkənin bütün ərazisində növbədənkənar prezident seçkiləri-Zəfər seçkiləri keçirildi. Otuz ildən sonra işğal altında olan ərazilərdə seçicilər səsvermədə iştirak edərək, vətəndaşlıq borclarını yerinə yetirdilər. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Azərbaycan parlament seçkilərinin keçirilməsinə hazırlaşır. Öncə onu demək lazımdır ki, bu, müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşəcək, vətəndaşlarımız artıq məcburi köçkün kimi deyil, yerli sakin kimi öz ata-baba torpaqlarında səs verəcəklər. İlk dəfə olaraq parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə də keçirilməsi ölkə bütövlüyünün qanunvericilik müstəvisində də təsdiqinin bir daha bariz nümünəsi olmaqla yanaşı, xalqımızın sürətlə inkişaf edən demokratik Azərbaycan naminə səsvermə prosesinə güclü dəstək verdiyini bütün dünyaya nümayiş etdirəcək.
Konstitusiyamıza görə parlament seçkiləri bu ilin noyabr ayının ilk həftəsində keçirilməli idi. Məhz, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinin növbədənkənar olmaqla vaxtının önə çəkilməsi təşəbbüsünü irəli sürməsi gələcəyimiz üçün daha vacib, daha əhəmiyyətli məqsədlərə çatmağa hədəflənmişdir.   
Parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən biri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-un keçirilməsinin noyabr ayına təsadüf etməsidir. İstər Azərbaycanın, istərsə də Cənubi Qafqaz regionunun ictimai-siyasi həyatında strateji əhəmiyyətə malik belə mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən etimadın və böyük hörmətin göstərisidir. Digər tərəfdən ölkəmizin üzərinə böyük məsuliyyət də düşür. 80 minə yaxın əcnəbi qonağın Azərbaycana təşrif buyuracağı və qlobal əhəmiyyətli qərarların qəbul olunacağı COP29-un yüksək səviyyədə keçirilməsi zəruriyyətini ortaya qoyur. Əlbəttə, Azərbaycan bir sıra qlobal səviyyəli tədbirləri uğurla həyata keçirməsi ilə tanınır və böyük təcrübəyə malikdir. Bununla belə, mühum əhəmiyyət daşıyan parlament seçkilərinin və qlobal xarakterli tədbirin eyni vaxtda keçirilməsi məqdəuyğun olmazdı. Eyni zamanda, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası da noyabr ayında Azərbaycanda keçiriləcəyi nəzərə tutulur. Təbii ki, belə mötəbər tədbirlərin Bakıda keçirilməsi bütün dünyanın diqqətini Azərbaycana yönəldəcək və paytaxtımız minlərlə qonağı qəbul edəcək. Böyük təbliğat platformalarına çevriləcək bu tədbirlərin Bakıda keçirilməsi sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına və postmüharibə reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına şərait yaradacaq. Bütün bunlar daha yaxşı hazırlıq tələb edir və hazırlığın digər ictimai-siyasi proseslərlə paralel aparılmamasını şərtləndirir.
Sözsüz ki, milli maraqlarımıza və ölkəmizin gələcək inkişafına xidmət edən Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı təşəbbüsünün bütün millət vəkilləri tərəfindən dəstəklənməsi də milli həmrəyliyimizdən xəbər verir, xalqımızın daha xöşbəxt gələcəyinə və Azərbaycanın gücünün, qüdrətinin daha yüksələcəyinə əminlik yaradır.

 

Vüqar İsayev
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...