image image

Göygöl rayonunda 2 İyul -  Azərbaycan Polisi Günü qeyd olunub

image

 

Bu gün Azərbaycan polisinin yaranmasının 106-cı il dönümüdür. 1918-ci il iyulun 2-də müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Həmin tarixdən bu günə qədər şərəfli yol keçən asayiş keşikçiləri böyük uğurlar əldə edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük nailiyyətlər qazandığı 1970-1980-ci illəri daxili işlər orqanları üçün əhəmiyyətli mərhələ kimi səciyyələndirmək olar. Həmin dövrdə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edilmişdir. Sonrakı illərdə də bu proses davam etdirilmiş və ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladağı fərmanla iyulun 2-i Azərbaycanda Polisi Günü elan olunmuşdur.
Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyev də Azərbaycan polisinin inkişafında çox mühüm qərarlar qəbul etmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. 
Azərbaycan polisinin yaranmasının 106-cı il dönümü münasibəti ilə Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, rayon Polis şöbəsinin rəisi Şəmşir Kazımov, hüquq-mühafizə orqanlarının digər rəhbərləri, Polis şöbəsinin şəxsi heyəti, şəhid ailələri, qazilər və müharibə veteranları əvvəlcə  Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Sonra Göygöl şəhər Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. 
Azərbaycan polisinin yaranmasının 106-cı il dönümünə həsr olunmuş Göygöl Rayon İcra Hakimiyyətində keçirilən görüşdə bir qrup polis əməkdaşı xidməti vəzifələrinin layiqincə yerinə yetirdiyinə görə 2 İyul -  Azərbaycan Polisi Günü münasibəti ilə Göygöl Rayon İcra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.  
Sonra tədbir Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.













Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...