Enerji sahəsində etibarlı tərəfdaşa, strateji müttəfiqə çevrilmiş Azərbaycan bu gün dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in də fəal iştirakçısı kimi tan
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Avropa İttifaqının enerji sahəsində etibarlı tərəfdaşına, strateji müttəfiqinə çevrilmiş Azərbaycan, həm də bu gün dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in də fəal iştirakçısı kimi tanınır. Bu sahədə zəngin potensiala malik olan ölkəmizdə hazırda mühüm “yaşıl” layihələr uğurla icra olunur və sözügedən sahədə gələcəkdə yüksək göstəricilər əldə ediləcəyi proqnozlaşdırılır. Çünki respublikamızın bu sahədə potensialı olduqca yüksəkdir. Digər tərəfdən, Azərbaycanın əlverişli investisiya və siyasi sabitlik məkanı kimi tanınması, eyni zamanda, enerji ilə bağlı götürdüyü öhdəliklərə tam sadiqliyi ölkəmizin yaxın illərdə bu sahədə də əsas təchizatçılardan birinə çevriləcəyini deməyə əsas verir.
Dövlətimizin başçısı cənab İlham Əliyev iyunun 21-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri zamanı “Euronews”a verdiyi müsahibəsində də bu istiqamətdə bir sıra önəmli məsələlərə toxunub, önəmli mesajlar verib. Dövlətimizin başçısı müsahibəsində bildirib ki, Azərbaycanın böyük tərəfdaşları var. “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Prezident, həmçinin qeyd edib ki, Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Milli enerji şəbəkəmizin gücləndirməsini prioritet hesab edən dövlətimizin başçısı deyib ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Qeyd edib ki, Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Beynəlxalq tərəfdaşlıq tələb edən məsələlərin tərəfdaşlarımızla həll edilməsini vacib hesab edən Prezident İlham Əliyev bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməsinin zəruriliyini bildirib. Deyib ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.
Hazırda Azərbaycan COP29 kimi böyük tədbirə ev sahibliyi etməyə hazırlaşır. Dünyanın gözü yenə də bizdədir. Azərbaycanın son illər hərb sahəsindəki uğurları, diplomatiyadakı qələbəsi, on illərdir etibarlı tərəfdaş kimi fəaliyyəti onu dünyanın diqqət mərkəzinə gətirib. Şübhə edilmir ki, COP29 tədbiri də uğurla keçəcək.
Bu barədə danışan cənab Prezident qeyd edib: “Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.
Cənab İlham Əliyevin son müsahibəsində qeyd edilən məqamlar onu göstərir ki, yaxın gələcəkdə Azərbaycan yaşıl enerji ixracatçısına çevriləcəkdir. Dövlət başçısı İlham Əliyev bu hədəfi də açıqladı ki, növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramı icra ediləcəkdir.
Muxtar Əmrahov,
Salyan Regional Qaz İstismarı İdarəsinin
Salyan Xidməti Sahəsi üzrə böyük mühəndisi, YAP fəalı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...