Yaşadığımız əsrdə dünyada mövcud regional təşkilatların sıralarına yeniləri qoşulur. Bunlardan biri də getdikcə güclənən Türk Dövlətləri Təşkilatıdır. Yaranmasının tarixi qısa olsa da, ona beynəlxalq aləmdə maraq böyükdür. Ancaq bu təşkilatın güclənməsini istəməyən qüvvələr də var. Səbəb indiyədək formalaşmış təşkilatlarda söz sahibi olan dövlətlərin yeni təşkilatın yaranmasını qəbul etmək istəməmələridir. Lakin, bütün maneələrə baxmayaraq, Türk Dövlətləri Təşkilatı turan ideyası ətrafında sıx birləşərək dünya tarix səhnəsinə yenidən parlayan ulduz kimi qayıdır. Türk birliyinin yaranması, onun güclü ittifaqa çevrilməsi üçün mövcud olan şərtlər genişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, böyük coğrafiyadır, artan və gənc əhalidir, təbii sərvətlərdir, həmçinin qlobal əhəmiyyətli nəqliyyat yollarının kəsişdiyi ərazilərdir. Üstəlik, bu xalqlar onları birləşdirən eyni kökə və mədəniyyətə sahibdirlər. Qısa desək, yeni birliyin yaranması üçün birləşdirici amillər çoxdur.
Hazırda dünyada gedən geosiyasi mübarizədə dünya əhəmiyyətli nəqliyyat marşrutlarına nəzarət əsas faktora çevrilib. Xoşbəxtlikdən bu yollara nəzarət də türk dünyasına məxsusdur. Orta dəhliz Çinin "Bir kəmər, bir yol" layihəsinin davamı olsa da, türk nəqliyyat marşrutudur. Çindən sonra bu dəhlizin keçdiyi ölkələr Gürcüstan xaric, hamısı türk dövlətləridir. Üstəlik, dünya üçün böyük əhəmiyyət daşıyacaq İraqdan başlanıb Avropaya gedəcək marşrutda da söz sahibi türk ölkəsi - Türkiyədir. Bunlarsa o deməkdir ki, dünyadakı güc sahibləri tezliklə türk dünyasına möhtac durumda olacaqlar.
Türk dövlətləri arasında getdikcə artan və yeni inkişaf mərhələsinə qədəm qoyan çoxşaxəli əlaqələr Türk Dövlətləri Təşkilatının (TDT) dünyada söz sahibi olan güc mərkəzinə çevrilməsinə birbaşa rəvac verib. Milli köklərimizlə, ortaq dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin birgəliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin həmrəyliyində, birliyində, sıx əməkdaşlığında Azərbaycan xüsusi yer tutur. Prezident İlham Əliyevin birbaşa təşəbbüsləri TDT-nin qlobal güc kimi müəyyənləşdirilməsində əsas rol oynayır.
İyunun 6-da dövlət başçısı cənab İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul etdiyi zaman məhz bu məqamı xüsusi vurğuladı: "Azərbaycan olaraq bütün bu 20 il və ondan əvvəl rəhmətlik atamın dövründə Azərbaycan bu qurumun möhkəmləndirilməsi, birləşməsi və təşkilata çevrilməsi işində çox fəal idi. Təsadüfi deyil ki, bugünkü Türk Dövlətləri Təşkilatının təşkilata çevrilməsi prosesi də Naxçıvanda başladı. Mənim təşəbbüsümlə Zirvə görüşünün qədim türk dünyası olan Naxçıvanda keçirilməsi böyük məna daşıyırdı. Orada əldə edilmiş qərarlar əsasında biz inkişaf edirik..."
2009-cu ildə qədim türk diyarı Naxçıvanda təməli qoyulan Türk Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) qarşısına qoyduğu məqsəd və hədəflərə çatması üçün ötən dövr ərzində ölkəmiz xüsusi səylər göstərib. Təşkilata sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da genişlənməsi üçün yeni təşəbbüslərlə çıxış edib. Azərbaycanın Qarabağ zəfəri ümumilikdə türkdilli xalqlar adına qazanılan parlaq qələbə oldu. Bu həm də türk dünyasının tarixən var olan etnosiyasi coğrafiyasını bərpa etdi, türk birliyinin daha da güclənməsinə təkan verdi. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin - Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin Qarabağ və Şərqi Zəngəzura səfər etmələrinin özü də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Onu da xüsusi qeyd edək ki, türkdilli ölkələr işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən quruculuq işlərinə də dəstəklərini göstərirlər. Füzuli rayonunda Özbəkistan və Qazaxıstan tərəfindən məktəb və yaradıcılıq mərkəzi inşa edilərək istifadəyə verilib. Qırğızıstan tərəfindən isə Ağdamda bir məktəbin inşasına başlanılıb. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bunlar dost ölkələrin Azərbaycan xalqına hədiyyəsidir və türk birliyinə nümunələrdir.
Hazırda dünyada gedən qütbləşmələr, geosiyasi proseslər, dünyanın dörd bir yanını bürümüş müharibələrin fonunda da görürük ki, türk dövlətlərinin güclərini birləşdirməsi olduqca vacib əhəmiyyət kəsb edir. Əslində, Vətən müharibəsi zamanı türk birliyinin gücünün nələrə qadir olduğunu bütün dünya gördü. Hazırda qarşımızda duran ümdə çağırış bu birliyi daha da qüvvətləndirmək və dünya miqyasında güc mərkəzinə çevirməkdir. Qarşıdakı zamanda da Türk Dövlətləri Təşkilatı üzv dövlətlərin hər birinin səyi ilə daha da möhkəmlənəcək və “Türk dünyası ailəsi”nin həmrəyliyi daha da güclənəcək. Necə ki bu barədə Prezident İlham Əliyev deyib: “Türk dünyasının gücləndirilməsi, birləşməsi türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək...”
Aqşin Babayev,
YAP Salyan rayon təşkilatının sədr müavini
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...