Ölkə Prezidenti cənab İlham Əliyevin hər işgüzar və rəsmi səfəri, hər rəsmi qonağı qəbul etməsi dövlətlərarası münasibətlərin inkişafına, inamın, etibarın, etimadın yüksəlişinə xidmət edir, siyasi mühitin stabilləşməsində əhəmiyyətlidir.
Fevral ayının 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycana səfəri də bu baxımdan diqqəti çəkir. Prezident İlham Əliyev Martin Çunqonqu qəbul edərkən çıxışında Azərbaycanla Ermənistan arasında mümkün sülhün baş tutmasına mane olan səbəbləri göstərdi. O, ilk növbədə yaxın tarixə ekskurs edərək artıq mövcudluğunu dayandırmış Minsk Qrupunun 28 il ərzində münaqişənin həlli istiqamətində heç bir real addım atmadığını, keçmiş həmsədrlərin Ermənistana qətiyyən təzyiq göstərmədiklərini və işğalçı ölkəyə müvafiq sanksiyalar tətbiq etməkdən yayındıqlarını M.Çunqonqun diqqətinə çatdırdı. Bildirdi ki, həmsədrlərin fəaliyyətsizliyinin nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Bir sözlə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası 28 il ərzində süni şəkildə yubadıldı. Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində beynəlxalq hüququ özü təmin etməli oldu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, separatizmə son qoydu. Lakin prosesi hələ tam başa çatmış hesab etmək olmaz. Çünki Azərbaycan ilə Ermənistan arasında de-fakto sülh mövcud olsa da, hüquqi-siyasi müstəvidə qalıcı sülh bərqərar olmayıb və yekun sülh sazişi imzalanmayıb. Bunun da konkret səbəbləri və günahkarları var. Azərbaycan Prezidenti cənab İlham Əliyev söhbət zamanı həmin səbəblər barədə ətraflı danışdı və sülhə mane olan günahkarların ünvanlarını göstərdi. Qeyd olundu ki, 44 günlük müharibə başa çatandan sonra Azərbaycan qalib ölkə statusuna sahiblənməsinə baxmayaraq regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edərək Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma təəssüflər olsun ki, Ermənistan tərəfindən buna adekvat reaksiya verilməyib. Ötən 3 il ərzində Ermənistan rəhbərliyinin həm özünün ziddiyyətli və bəzən də revanşist siyasət yürütməsi, həm də Ermənistana havadarlıq edən qlobal aktorların regionda mövqelərini möhkəmləndirmək məqsədilə çirkin geosiyasi oyunlara rəvac verməsi sülh prosesinin uzanmasına səbəb olur. Lakin Azərbaycan sülhün bərqərar olması istiqamətində səylərini məntiqi ardıcıllıqla davam etdirib. Azərbaycanın sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürməsi və sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı rolunda çıxış etməsi də bunu təsdiqləyir. Azərbaycanın sülh təşəbbüsləri rəsmi İrəvanı sülh prosesinə fəal şəkildə qoşulmağa məcbur edir. Yəni ki, sülh prosesinin əsas hərəkətverici qüvvəsi rolunda çıxış edən tərəf məhz bizik. Sülh şərtlərini diktə edən tərəf də Azərbaycandır. Azərbaycan həm sülh təşəbbüskarı, həm də sülhün zəmanətçisi kimi çıxış edir. Ona görə də hazırda Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Ancaq Prezident İlham Əliyevin də vurğuladığı kimi bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Lakin Ermənistan tərəfi indiki məqamda buna hazır deyil. Bunun üçün Paşinyan iqtidarı ilk növbədə öz sələflərinin Ermənistanı qonşularına qarşı aqressiv, təcavüzkar siyasət yürütməyə, ərazi iddiaları ilə çıxış etməyə təhrik edən siyasi mirasını ortadan qaldırmalı, davakar müstəqillik bəyannaməsindən imtina etməli və konstitusiyanı dəyişməlidir. Çünki Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Bütün bunlar isə təbii ki, gələcəkdə sülh və sabitliyə real təhdid yarada biləcək amillərdir. Bu amillər aradan qaldırılmadan iki ölkə arasında etibarlı sülhün bərqərar olmasından danışmaq mümkün deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyev də məhz bu amilləri nəzərdə tutaraq İrəvanın diqqətinə çatdırıb ki, yalnız Ermənistan konstitusiyasında və digər normativ-hüquqi sənədlərində müvafiq dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistana havadarlıq edən aktorlar da bu ölkəni silahlandırmaq və onu revanşa hazırlamaq, regionda vəziyyəti gərginləşdirmək siyasətindən artıq əl çəkməlidir. Söhbət xüsusən də Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdən Fransadan gedir.
Avropa Şurası Parlament Assambleyası və ayrı-ayrı Avropa ölkələrinin parlamentləri də odun üstünə benzin tökən, iki ölkə arasında sülh prosesini dolayısı yolla əngəlləyən qüvvələr sırasında yer alır. Dövlətimizin başçısı məhz bu amili nəzərdə tutaraq Parlamentlərarası İttifaqın Baş Katibinin diqqətinə çatdırdı ki, Azərbaycan beynəlxalq riyakarlıqla üzləşir. AŞ PA-nın addımları sülhə və dialoqa xidmət etmir. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında təsdiq edilməməsi bir tərəfdən beynəlxalq riyakarlığın əyani təzahürüdür, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında sülh prosesinə birbaşa zərbə vurur.
Ümid etmək olar ki, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycana səfəri, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı təsirini göstərəcək, Cənubi Qafqazda dayanıqlı sülh üçün siyasi imkanlar genişlənəcəkdir.
Ağabəy İbrahimov ,
Salyan Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin ümumi şöbəsi müdiri
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...