image image

Ləman Əhmədovanın UĞUR HEKAYƏSİ

image

 

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University of  Oxford”-un “Dövlət siyasəti” ixtisası üzrə magistr təqaüdü qazanan Ləman Əhmədova: 4 iyun 1994-cü il tarixində Sumqayıt şəhərində anadan olub. M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə 11 illik təhsilini başa vurduqdan sonra 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya” ixtisasına qəbul olub.



Daha sonra 2016-2018-ci illərdə DİA-da “Dünya siyasi prosesləri” ixtisası üzrə magistr dərəcəsi alıb.

Ləman Əhmədova ali təhsil illərində müxtəlif layihələrdə iştirak edərək öz təcrübələrini genişləndirib. Belə ki, o, Akademiyada bakalavr təhsilini aldığı dövrdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində təcrübə keçib, ASAN Könüllüləri Təşkilatı nəzdində layihə rəhbəri və bir sıra tədbirlərin təşkilatçısı kimi çıxış edərək öz bilik və bacarıqlarını artırıb. Bundan əlavə, Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təcrübə proqramlarına qoşulub: “2000-dən çox gəncin işlə təmin olunmasına nail olmuşuq. 2020-ci ildən əmək fəaliyyətimi Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsdə davam etdirirəm. Bu qurumda öncə Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri işləmişəm, hazırda Dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin müdiri kimi fəaliyyət göstərirəm”.

Ləman Əhmədova bildirib ki, bu günə kimi bir sıra dostları 2011-2015-ci illərdə Dövlət Proqramından faydalanaraq xaricdə təhsil alıblar. Onların uğuru və müsbət rəyləri onu da Proqrama müraciət etməyə motivasiya edib: “2022-ci ilin payız aylarında Dövlət Proqramının irəli sürdüyü tələblər və prioritet ixtisaslar siyahısı ilə tanış olduqdan sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yerləşən bir sıra universitetlərə müraciətimi göndərdim. “University of Cambridge”, “King’s College London” və “University of Oxford”-dan gələn müsbət təklifləri dəyərləndirdikdən sonra seçimimi Oksford üzərində saxladım. Magistr təhsilimi universitetin “Blavatnik School of Government”-də “Dövlət siyasəti” ixtisası üzrə alacağam. Əlamətdar məqam həm də odur ki, Azərbaycandan Blavatnik Dövlət Məktəbinə qəbul olunan ilk qadınam. Qeyd olunanları, təcrübəmi nərəzə alaraq və uğurlu keçən müsahibənin nəticəsi olaraq, özümdə daxili əminlik var idi ki, Proqramın qaliblərindən biri olacağam. Bu günə kimi “lifelong learning” prinsipi ilə bir sıra yerli və xarici (Sinqapur, Bolqarıstan, İtaliya) təlimlərdə iştirak etməklə yanaşı, ixtisasartırma məqsədilə sertifikatlar da almağa fokuslanmışam. Oksford Universitetində keçəcək bir ilim ərzində magistr təhsili ilə yanaşı, həmin sertifikatların sayının artırılması və hazırda inkişafda olan süni intellektin gələcəkdə dövlətlərin, eləcə də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına necə təsir göstərməsi və onun dizayn həlli üzrə fəaliyyətimi davam etdirmək niyyətindəyəm”.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...