image image

Təbii fəlakətlərdən ziyan çəkənkərə dəstək gücləndirilməlidir 

image


       
   BMT Ümumdünya Metereoloji Təşkilatının hesabatlarına görə, son 50 ildə  iqlim dəyişiklikləri nəticəsində təbii fəlakətlərin sayı 5 dəfə artıb.Böyük miqyaslı yanğınlar, quraqlıq və daşqınlar kimi ekstremal hava hadisələri dünyanın bir sıra ölkələrində insan həyatının əksər sahələrinə ciddi təsir edir.Həmin beynəlxalq qurumun proqnozlarına görə, qarşıda dünyada dağıdıcı və çoxsaylı insan itkisi ilə nəticələnəcək təbii fəlakətlərin sayı daha da artacaq. Hesabtda qeyd olunub ki, ötən 50 ildə baş verən təbii fəlakətlər nəticəsində 2 milyondan çox insan  həlak olub və təbii fəlakətlərin vurduğu qlobal ziyan isə  3,64 trilyon dollar təşkil edib. Fikrimizcə,bu rəqəmlər təbii fəlakərlər nəticəsində dəyən ziyan və itkilərin yalnız bir hissəsini ifadə edir.
       Bütün dünyada olduğu kimi, Azərbaycanda da təbii fəlakətlərin intensivliyi xeyli artıb. Azərbaycanda  daha çox zərər verən təbii fəlakət növləri zəlzələ, sürüşmə, uçqun, sel, daşqın, subasma, doluvurma və sair bu kimi proseslərdir.Çoxillik müşahidələr əsasında  mütəxəssislərin  hesablamalarına  görə, Azərbaycan ərazisində təbii fəlakətlər nəticəsində  dəyən orta illik zərər təxminən 250-300 milyon dollar təşkil edir.   
      Məlum olduğu kimi,son vaxtlar,xüsusən də bu il iyunun son günlərindən başlayaraq  Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, intensiv yağışlar çaylarda suyun artmasına və sel-daşqınlara səbəb olub.Rəsmi məlumatlara görə, iyun ayında ayrı-ayrı bölgələrdə ayın 11-24 günü yağış yağıb. Eləcə də ölkədə dolu yağması halları 2 dəfədən çox artıb.Belə ki,təkcə iyunda 38 dəfə dolu düşüb.Ötən il bu göstərici 18 gün olmuşdu. İyunda 55 sel hadisəsi qeydə alınıb ki, bu da rekord göstəricidir. Nəticədə  vətəndaşların əmlakına, həyətyanı sahələrə, əkin sahələrinə və təsərrüfatlara, xüsusilə də heyvandarlıq və arıçılıq təsərrüfatlarına zərər dəyib.
         Baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fondu bəyan edib ki, təbii fəlakətlər, dolu, leysan yağışları, sel-subasma kimi hadisələr aqrar sığorta tərəfindən qarşılanır.Bu hallar nəticəsində zərər çəkmiş sığortalı təsərrüfatlara kompensasiya ödəniləcək. Təbii fəlakət baş verən rayonlar üzrə aidiyyatı qurumlar tərəfindən görülmüş ilkin işləri müsbət qiymətləndiririk.Eyni zamanda bir neçə əlavə tədbirin də optimal müddətdə və sistemli şəkildə həyata keçirilməsini vacib hesab edirik:
       1.Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri təbii fəlakətlər zamanı sığortalı təsərrüfat və obyektlərin  xırda məbləğləğlər tələb edən itkilərini qarşalsa da, əhaliyə iri miqyaslı sığorta yardımı göstərə bilmir.Ona görə də təbii fəlakətlər zamanı əhaliyə və təsərrüfat sahələrinə böyük həcmdə zərər dəydikdə, dövlət həmin itkilərin qarşılanmasına yardım edir. Təbii fəlakət nəticəsində dəymiş ziyanın Aqrar Sığorta Fondu dairəsində həlli mümkün olan hissəsi ilə yanaşı, ziyan dəymiş fərdi yaşayış evləri, infrastrukturlar, obyektlər  və s.  üzrə də obyektiv qiymtləndirmələrin aparaılması  və optimal müddətdə qarşılanması istiqamətində zəruri işlərin və dövlət dəstəyinin  həyata keçirilməsi. 
       2.Təbii fəlakət halları ilə bağlı erkən xəbərdarlıq sistemlərinin optimallaşdırılması, təbii fəlakətin qarşısnın alınması və onun fəsadlarının minimuma endirilməsinə  yönəlik qabaqlayıcı tədbirlərin dairəsinin genişləndirilməsi. 
      3.Təbii fəlakətlərdən sığorta olunmanın səmərəli təşkili üçün sığorta növlərinin inkişaf etdirilməsi,bu yöndə  problemin həllinə  xidmət edən  təşəbbüslərin dəstəklənməsi və ilkin mərhələdə müəyyən maliyyə dəstəyinin və digər zəruri köməkliklərin   göstərilməsi. 
      4.Sel sularının su ehtiyatı kimi daha geniş həcmlərdə yığılması işinin təşkili  və həmin su resuslarndan kənd tsərrüfatında istifadə edilməsi.

 

Milli Məclisin deputatı Əli Məsimli.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...