image image

Taleh Məmmədov :Müdrik insanlar

image


Müdriklik zirvə yolunun ömür İnsanı şərafətləndirən və ona baş ucalığı gətirən meyar, onun vicdanlı əməyinin dəyər göstəriciləridir

 

Dünyanın on bir iqlim qurşağından doqquzuna malik olan Azərbaycan torpağı özünün yeraltı və yerüstü təbii sərvətlərinin zənginliyi ilə ta qədim zamanlardan bəşəriyyətə məlumdur. Dünya xalqlarının həmişə və bu gün də marağında olduğu sərvətlərindən biri də “qara qızıl” adlandırılan və yerin dərin qatlarından çıxarılan Azərbaycan, yaxud da Şirvan neftidir. Neft milli sərvətimiz olmaqla bərabər həm də, ona olan dünyəvi marağı nəzərə alsaq tam əminliklə deyə bilərik ki, bu sərvət uzaq tarixi keçmişimizin yaddaş izlərini bu günümüzlə qovuşduran bir maddi-mənəvi yaddaş körpüsüdür. Əgər biz bu körpünün bir tərəfində karvanlar vasitəsilə “tuluqlarda” uzaq-uzaq ölkələrə aparılaraq həm sobalarda yanacaq kimi və həm də hərbi döyüşlərdə istifadə olunmasında neftimizin keçmişini görürüksə digər tərəfində isə onun bazasında inkişaf etmiş bugünkü böyük Azərbaycan neft sənayesini görürük. Xüsusilə, neftin sənaye üsulu ilə çıxarılmasının inkişaf edərək təşəkkül tapması yolunda respublikamızın neft üzrə alim və müvafiq  istiqamətlərdə  mütəxəssislərinin rolu danılmazdır. Onların sayəsində neft sənayemiz bugünkü durumuna çatmışdır. Bünövrəsi korifey neftçilər tərəfindən qoyulan Azərbaycan neft sənayesi özünün sonrakı inkişafında da daha etibarlı əllərdə olmuşdur. Bu inkişaf  yolunda əməyi olan neftçi-mütəxəssislərdən biri də Bağırov Davud Allahverdi oğldu.

Davud Bağırov 1950-ci ildə Azərbaycan Neft Sənayesi İnistutunda Neft-Mədən fakultəsinə qəbul olmuşdur. 1955-ci ildə Dəniz neft və qaz yataqlarının istismarı ixtisası üzrə bitirən Bağırov Davud Neftçalaneftdə fəaliyyətə başlamışdır. 

1960- cı illərdə Mişovdağ sahəsində 3 №-li mədənə müdür vəzifəsinə təyin edilmişdir. Daha sonra isə o, Kürovdağ sahəsində mədən müdürü, 1976-cı ildə isə Şirvanneft NQCS - Muradxanlı sahəsi üzrə rəis müavini işləmişdir. Respublikamızda “Bakines” qaldırıcısının ilk dəfə tətbiqinə görə keşmiş SSR-nin gümüş medalı və pul mükafatı  ilə təltif edilmişdir. Azərbaycan və SSR miqyasına bir quyuda iki obyektin tətbiqini Kürovdağ sahəsində ilk dəfə o həyata keşirmişdir. 1964-cü ildə Fəxri Neftçi adı almışdır. Davud Bağırov Şirvanneftdə QƏYTS sahəsinin müdüri, mədən müdüri, baş mühəndis və əməyin mühafizəsi və təhlükəsizlik texnikası işləri üzrə müavini, 1996-cı ildə “Azər-Petrol” Azərbaycan-Türkiyə müştərək neft müəsissəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi vəzifəsində işləmişdir. Fədakar əməyinə görə iki “Şərəf nişanı” ordeni almışdır. Davud Bağırovun 5 evladı olub, Allahverdi, Rafiq, Elşən, Cavid və Ramil. Neft sənayesində Davud  müəllimin davamçıları olan Şəhid atası Bağırov Allahverdi uzun müddət məsul vəzifələrdə çalışmışdır. Həmçinin Bağırov Cavid texnoloji nəqliyyat sexində sürücü (Allah rəhmət eləsin), Bağırov Ramil Neftin hazırlanması və nəqli sexində maşinist vəzifəsində fəaliyyətlərini davam etdiriblər. Bağırov Davud Allahverdi oğluna Allah rəhmət eləsin!

 

Mətinin Müəllifi : Taleh Məmmədov.

 

 















Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...