image image

Laçın və Kəlbəcərdə ermənilər qanunsuz məskunlaşma aparırdılar

image


Prezident cənab İlham Əliyevin mayın 28-də Laçına etdiyi səfər müddətində verilən ismarıclar, açılışı olan tikililər, bir sözlə, səfərin hər məqamı bir hadisədir. Özəlliklə, işğaldan azad olunmuş torparlarımızda, mürəkkəb relyefə – dərin dərələrə, yüksək dağlara malik ərazilərimizdə böyük infrastuktur layihələri icra etmək qürurvericidir. Sovet hökuməti özünün bütün mövcudluğu dövründə Laçına, Kəlbəcərə, bütün Qarabağa təmin edə bilmədiklərini müstəqil Azərbaycan dövləti çox qısa müddətdə icra etməyə başlayıb. Laçın, Kəlbəcər heç vaxt malik olmadıqlarına malik olacaq. Kəlbəcərin, Laçının – bütöv Qarabağın 30 ilə yaxın davam etmiş işğal illərində aldığı yaraları göz önündə tutsaq, indi görülən işlər heyrətamizdir. Kəlbəcər və Laçının mürəkkəb relyefi məlumdur. Nəzərə alsaq ki, bu mürəkəb relyef orada müdafiə olunan üçün əlverişli, üzüyuxarı əks - hücumda olan tərəf üçün çox əlverişsiz idi. 44 günlük müharibədə Ağdam da daxil olmaqla, məhz Laçın və Kəlbəcərin genişmiqyaslı döyüşlər olmadan azad edilməsi, bu anlamda, yüksək dəyərə malikdir. Azərbaycan Prezidentinin diplomatik hünəri, şanlı ordumuzun gücü, 44 gündə əldə edilmiş uğurlu hərbi nəticələr işğalçını və onun havadarlarını məcbur etdi ki, anlaşmaya gəlsin, üç rayonu tərk etsin. 
Biz Kəlbəcərdə döyüşlərin ilk günlərində irəliləyişlərə nail olmuşduq – Murov dağı və ətrafında strateji yüksəklikləri azad edib, düşmənin Basarkeçər – Kəlbəcər yolundan istifadəsinin qarşısını almış, bir sözlə, düşmənin hərəkətlərini məhdudlaşdırmışdıq. Ordumuzun igid aslanları düşmənin təsəvvür etmədiyi uğurlar qazanmışdı, ancaq o uğurları Kəlbəcərin bütün ərazisi boyu davam və inkişaf etdirmək çoxsaylı itkilər olmadan qeyri-mümkün idi. Məhz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli ordumuzun şücaəti nəticəsində erməniləri o torpaqlardan çıxmağa məcbur etdik. Məlumdur ki, Ermənistan tərəfi danışıqlar dövündə bütün Laçın rayonunun onlara dəhliz kimi verilməsində israr edir, bəzi Qərb dairələri isə bu mövqeyi dəstəkləyirdi. Bu məqsədlə Ermənistan rəhbərliyi tərəfindən işğal dövrü ərzində əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonunda ciddi şəkildə qanunsuz məskunlaşdırma aparılmış, bölgənin demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsinə cəhdlər edilmiş, dünya birliyi isə buna səssiz qalmışdır.  Buna görə də ermənilər işğal dövründə hərbi cinayət törədərək ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti həyata keçirirdilər. Laçında ermənilər heç vaxt kompakt şəkildə yaşamayıblar. 1992-ci ildə Laçın şəhərinin 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar olublar. Ermənilərin sayı isə barmaqla sayılacaq qədər az idi. Yalnız 2003-cü ildən etibarən,  əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşdırılmasına başlanılıb.    
Ermənistanın statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb. Ermənilər qanunsuz məskunlaşdırma siyasətini Kəlbəcərdə də davam etdirmişdilər. Ermənilər rayonda uzun müddət  qızıl yataqlarını, mineral su və ağac ehtiyatını istismar ediblər. Kəlbəcərdə salınan ilk erməni yaşayış məntəqəsində 44 ailədən 131 sakin yaşayırdı. Sonrakı mərhələlərdə Suriya və Livandan köçürülən ermənilərin hesabına Kəlbəcərdə qanunsuz məskunlaşdırma siyasəti davam etdi. Buradan keçən Vardenis-Ağdərə yolu Gorus-Xankəndi yolundan sonra Qarabağı Ermənistanla birləşdirən alternativ yol idi. 2018-ci ilin oktyabrın 15-də Livanda fəaliyyət göstərən "Artsax Ruts İnvestment"investisiya təşkilatının nümayəndələri separatçı rejimə Kəlbəcər rayonunun  mərkəziyaxınlığında 50 evin tikintisi barədə də sənədlər təqdim etmişdi. Yeni şəhərcik avstraliyalı ermənilərin dəstəyi ilə tikiləcəkdi. 
 Ümumiyyətlə, işğadan azad olunana qədər Murovdan Araz çayına kimi ermənilərin qanunsuz məskunlaşdırıldığı xeyli kənd, qəsəbə var idi. Kəlbəcər və Laçın rayonları faktiki olaraq, ərazicə Ermənistana bağlanmışdı. ATƏT missiyasının hesabatlarından təsdiqlənən məlumatlara görə, 90-cı illərinin ortalarından başlayaraq təkcə 2012-ci ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min erməni köçürülmüşdü. Prezident İlham Əliyev 28 may tarixində Laçın şəhərində çıxışında qeyd etmişdir: “Laçın və Kəlbəcərdə ermənilər qanunsuz məskunlaşma aparırdılar. Qanunsuz məskunlaşma beynəlxalq konvensiyalarla hərbi cinayət sayılır”. Beynəlxalq humanitar hüquq işğalçı ölkənin işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin süni şəkildə dəyişməsini qəti şəkildə qadağan edir.Bu məsələlər, əsasən, 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyası və onların 8 iyun 1977-ci il tarixli Əlavə Protokolları ilə tənzimlənir. Ermənistan adıçəkilən beynəlxalq sənədlərə 1993-cü ilin iyununda qoşulub və bu sənədlərin tələblərinə riayət olunması üzrə qeyd-şərtsiz öhdəlik daşıyır. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların aparıldığı uzun illər ərzində Ermənistan Azərbaycanla kompromis həll yolunu tapmağı qarşısına məqsəd qoymayıb, sadəcə prosesi uzatmaqla status-kvonu möhkəmləndirib. Ermənistan bu müddətdən işğal olunmuş ərazilərdə hərbi cəhətdən mümkün qədər güclənmək, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərini məskunlaşdırmaq və bununla da burada yeni demoqrafik vəziyyət yaratmaq üçün istifadə edib. Ermənistan ümid edirdi ki, bu, həmin torpaqlarda Azərbaycan tarixi varlığının izlərinin silinməsi ilə birlikdə həmin ərazilərin ilhaqı üçün əsas olacaqdır. Lakin 2020-ci ilin payızında başlayan Vətən müharibəsi vəziyyəti kökündən dəyişdi və Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal etməsinə son qoyuldu.

 

Nərgiz Cavadova,
 Salyan rayon Boranıkənd kənd ümumi orta məktəbin direkroru





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...