image image

Milli Məclisdə tələbələrin istehsalat təcrübəsi keçməsində olan problemlərin həlli ilə bağlı məsələ qaldırıldı

image

 

Kanal4.az xəbər verir ki, bunu Milli Məclisin deputatı İltizam Yusifov  Təhsil, elm, peşə təhsili haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı çıxış edib.

 

 

 Deputat  dəyişiklikləri məqbul saymaqla yanaşı bir sıra təkliflər də verib: "Lakin Ali, orta ixtisas və peşə təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçməsi ilə bağlı məsələnin üzərində dayanmaq istəyirəm. Belə ki, Təhsil haqqında qanunda Dövlətin vəzifələri kimi yeni 29.0.37-3 bəndi, yəni Ali və orta ixtisas təhsil müəssisələrində tələbələrin ixtisas üzrə təcrübə keçməsi qaydalarını təsdiq etmək maddəsi əlavə olunur. Bu, çox vacib və aktual bir məsələdir. Bu gün mövcud qanunvericilikdə sözügedən məsələ müəyyən mübahisələr doğurur, reallıqla uzlaşmır və nəticədə tələbələrimiz istehsalat təcrübəsi keçməkdə müəyyən çətinliklərlə üzləşirlər".

 Deputat qeyd edib ki, Nazirlər kabinetinin təsdiq etdiyi “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçməsi haqqında Əsasnamə”sinə görə İstehsalat, o cümlədən diplomqabağı təcrübə bir qayda olaraq idarə və istehsalat müəssisələrində, təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilə əsasında həyata keçirilir. Təcrübə müddətində tələbələrə mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada əməkhaqqı ödənilməlidir. O cümlədən Peşə təhsili haqqında qanunda da göstərilir ki, İşəgötürənlər istehsalat təcrübəsinə cəlb olunan təhsilalanlara minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə əməkhaqqı ödəməlidirlər. Bundan əlavə qanuna görə istehsalat təcrübəsi keçən tələbə və şagirdlər sığorta olunanlar kateqoriyasına aiddirlər. Yəni onlara görə həm də sığorta ödəməlidir: "Belə çıxır ki, İşəgötürən tələbələrı həm öyrətməli, həm də onlara əlavə olaraq əməkhaqqı da ödəməlidir. Bütün bunlar indiki şəraitdə işəgötürənlərin üzərinə əlavə, əsasən də maliyyə yükü qoyur. Bu gün biz liberal, azad iqtisadiyyatı dəstəkləyirik. İstehsalat müəssisələri əsasən özəl, xarici investisiyalı və ya səhmdar cəmiyyətlər formasında müstəqil fəaliyyət göstərirlər. Yəni onların bu sahədə hansısa öhdəlikləri yoxdur. Lakin işəgötürənlər hətta istehsalat təcrübəsinə şərait yaratdığı təqdirdə belə onların əlavə vəsait xərcləməsi qanunla tələb olunur. Ona görə də işəgötürənlər haqlı olaraq bu məsələdə maraqlı olmurlar və nəticədə tələbələrimiz istehsalat təcrübəsi keçə bilmirlər. Tədris və istehsalat təcrübəsi, Təhsil prosesinin vahid bir komponenti olduğuna görə bəzən lazımi texniki bazaya malik olamayan təhsil müəssisələri məcbur qalıb öz ərazilərində təcrübə keçirlər. Nəticədə təhsil müəssisələrində yoxlama zamanı Hesablama Palatası haqlı olaraq onlara iradlar tutur, əsas səbəb kimi lazımi texniki bazaya malik olmamaları göstərilir və sonda cəzalandırırlar".

Deputat bildirib ki, nəzəri biliklərini istehsalat tətbiqi ilə bağlı heç bir təcrübəsi olmayan Ali, orta ixtisas və peşə təhsili müəssisələrini bitirən tələbələrin sonrakı təleyi isə artıq əvvəlcədən məlumdur. Hara gedir, deyirlər təcrübən yoxdur. Mən hesab edirəm ki, müasir, texnologiyalar dövründə bizim tələbələr daha çox praktik olmalıdırlar. Bu əsasən də texniki sahələrə aiddir: "Mən hesab edirəm ki, İstehsalat, o cümlədən diplomqabağı təcrübə keçən tələbələrin əmək haqqı və sığorta məsələsi hansısa tərəfin öhdəliyi kimi yox, təhsil müəssisəsi ilə işəgötürən arasında bağlanmış müqavilə ilə, tərəflərin qarşılıqlı razılığı ilə həll olunmalıdır. Ola bilsin daha yaxşı variantlar da mümkündür. Ona görə də təhsil komitəsindən və aidiyyatı qurumlardan xahiş edirəm ki, bu məsələnin tezliklə həllinə çalışsınlar

 

Milli Məclisin Deputatı İntizam Yusifov.

 

 



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...