Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İllərlə Laçın həsrətilə yaşayan xalqımız, nəhayət, Qarabağı azad görmək arzusuna çatdı. 2020-ci il dekabrın 1-də Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu 28 illik işğaldan azad olundu və bununla bütün laçınlıların həsrətinə son qoyuldu. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan Ordusu Ermənistan qoşunlarını və burada qanunsuz məskunlaşan erməniləri bu rayondan çıxarmaqla Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərin azad edilməsini başa çatdırdı.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Azərbaycan dekabrın 1-dək 22 gün ərzində siyasi yolla daha əvvəlcə Ağdam və Kəlbəcər rayonlarını qaytardı. Amma düşmən bu ərazilərdən öz xoşuna çıxmadı. Bu əzəli Azərbaycan torpaqlarından çıxmağa məcbur edildi. Ali Baş Komandan İlham Əliyev iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu. Bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı.
Bildiyimiz kimi, Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra - mayın 18-də işğal edilmişdi. O zaman Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açdı, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı. Aradan 28 ildən artıq müddət keçdikdən sonra – 2020-ci il dekabrın 1-də Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin faktiki olaraq məhz özünün hərbi-siyasi yolla yerinə yetirilməsini başa çatdırdı.
Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur. Laçın şəhəri 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında salınıb və 1924-cü ildə təsis edilən rayona və onun mərkəzinə yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə Laçın adı verilib. Laçın rayonunun ərazisi 1.84 min km²-dir. İşğaldan əvvəl rayonun əhalisi 65 min 430 nəfər olmuşdur. Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. İşğaldan əvvəl rayonda 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi və 1 rabitə müəssisəsi olub. Son statistikaya görə, hazırda rayonun əhalisi 80 mindən çoxdur, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar.
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadirdir. Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var. Mineral suları tam tədqiq edilməyib. İşğaldan azad edilmiş torpaqlarda, o cümlədən Laçın rayonu ərazisində basdırılmış minalar Böyük Qayıdış üçün ciddi çətinliklər yaradır. Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Prezident İlham Əliyev bildirib ki, biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ və Şərqi Zəngəzur bölgələrini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.
Laçın bir güllə belə atılmadan öz tarixi və əzəli sahibinə qaytarıldı. Bununla bağlı müjdəli xəbəri xalqımıza çatdıran Müzəffər Ali Baş Komandan demişdi: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.”
Artıq Azərbaycan təqvimdəki işğal günlərini hüznlə deyil, sevinclə qarşılayır. Qürurla deyirik ki, Qarabağ azaddır, doğma yurdumuzda şanlı bayrağımız dalğalanır. Laçın əmin əllərdədir. Onu Vətən uğrunda şəhidlər verən müzəffər ordumuz göz-bəbəyi kimi qoruyur!
Rəşad Tağızadə,
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi,
Vətən müharibəsi iştirakçısı, YAP fəalı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...