image image

Ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb

image

 

Prezident cənab İlham Əliyev 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında qeyd etmişdir: “Ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb. Bizim müasir daşımalar infrastrukturumuza tələbat heç vaxt olmadığı qədər böyükdür - dəmir yolları və avtomobil yolları mövcuddur, Xəzər dənizində ən böyük donanma və regionda ən geniş yük aviaparklarından biri yaradılıb. Biz daşımaların təhlükəsizliyinə həqiqətən də böyük töhfə vermişik. Çünki bu gün bir çox ölkənin daşımaların təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutlar axtarışındadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçir.”
Bildiyimiz kimi Asiyadan Avropaya yüklərin Rusiyadan kənar mühüm daşıma marşrutu ölkəmizdən keçir. Ukrayna və Rusiya arasındakı müharibə səbəbindən ölkəmizin qlobal nəqliyyat qovşağı kimi rolu gündən-günə artmaqdadır. Asiyadan Avropaya yükdaşımaların reallaşdığı Orta Dəhliz, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi ilə getdikcə artan yükdaşımalar Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarını davamlı olaraq inkişaf etdirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Yenidən qurulan və modernləşdirilən Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Ələtdə inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Hər iki nəqliyyat dəhlizi ilə ölkəmiz üzərindən yüklərin daşınması üçün zəruri olan avtomobil və dəmiryol infrstrukturunda da ciddi işlər görülüb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. 
Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan həmçinin 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Azərbaycan son illərdə Transxəzər marşrutuna daxil olan ölkələrlə qarşıqlı iqtisadi əlaqələri sürətlə dərinləşdirib. Orta Dəhlizin iştirakçı ölkəsi Qazaxıstanla münasibətlər yüksələn xətt üzrə inkişaf edir. 2022-ci ilin fevral-mart aylarında Azərbaycanla Qazaxıstan arasında yükdaşımaları əlaqələndirəcək birgə müəssisə yaradılıb. 2022-ci ilin aprel ayında isə "Azərbaycan Dəmir Yolları” QSC və “Özbəkistan Dəmir Yolları” SC iki ölkə arasında yükdaşımaların artırılması, eləcə də ikitərəfli məsələlərin həlli üçün işçi qrupu yaradıb. Tərəflər “Asiya-Sakit okean ölkələri –Çin- Qırğızıstan- Özbəkistan- Türkmənistan -Azərbaycan - Gürcüstan - Türkiyə- Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı üzrə aparılan fəaliyyətləri, iki ölkənin dəmir yolları qurumları arasında texniki və texnoloji yardım məsələlərini nəzərdən keçiriblər. Bura infrastrukturun və hərəkət tərkibinin saxlanılması, təmir üçün texniki və texnoloji yardımın göstərilməsi, iki ölkə ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir. Ölkəmizin marşrutun digər iştirakçıları olan Özbəkistan və Qırğızıstanla da qarşılıqlı münasibətləri dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf etdirilir. Azərbaycan həmçinin Gürcüstan və Türkiyə ilə mövcud olan çox sıx əməkdaşlıq üçbucağının aktiv həlqəsi kimi üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirir. 
Son bir ildə gedən proseslər Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizinə ehtiyacını kəskin artırıb. İndiyədək bu dəhlizə böyük maraq göstərməyən Moskva artıq onun işə salınması prosesini maksimum sürətləndirməyə çalışır. Bu isə dəhlizin Azərbaycandan keçən hissəsinə də ehtiyacı artırır. Asiyadan İran-Türkmənistan-Qazaxıstan üzərindən keçməklə yüklərin Rusiyaya və əksinə daşınması çox vaxt aparır. Türkmənistanın mövcud infrastrukturu yükdaşımaların ciddi artırılmasına imkan vermir. İran və Rusiyanın Xəzər dənizindəki mövcud yükdaşıma imkanları da həmçinin. Bu isə Azərbaycan üzərindən keçən quru yolların – avtomobil və dəmiryollarının əhəmiyyətini artırır. Bakı Bəyannaməsinə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildirir və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar. 
Proseslərin gedişi göstərir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları uzunmüddətli dövr ərzində aradan qaldırılmayacaq. Bu baxımdan, Azərbaycan yaxınmüddətli dövr ərzində Şimal marşrutundan qopan yüklərin mümkün qədər çox hissəsinin öz ərazisindən keçməsini təmin etmək üçün zəruri infrastruktur və şərtləri çox sürətlə təmin etməlidir. Bunun üçün yüklərin bir  deyil, bir neçə istiqamətdə ötürülməsi təmin olunmalıdır. Bu baxımdan, Azərbaycanın Şərqi Zəngəzurdan İran-Naxçıvan-Türkiyə marşrutu ilə yükdaşımaları təmin etmək üçün Tehranla əldə etdiyi razılaşma mühüm nailiyyətdir. Artıq bu istiqamətdə avtomobil və dəmiryollarının layihələndirilməsi işləri aparılır. Azərbaycan ərazisində hər iki yolun tikintisi sürətlə aparılır. 
Azərbaycan həmçinin Ermənistan ərazisindən keçməklə də Naxçıvana və Türkiyəyə çıxış əldə etməkdə qərarlıdır. Ermənistanın bu prosesi əngəlləməsi faktiki olaraq onun özünün növbəti böyük regional layihədən kənarda qalmasına gətirib çıxaracaq. Regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaqdır. 


Xalidə Qurbanova,
Salyan rayon Qarabağlı-1 saylı kənd tam orta məktəbin müəllimi, YAP fəalı



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...