image image

Elman Nəsirov Azərbaycan sülh istəyir və bu istiqamətdə konkret addımlar atmışdır

image

 


Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda dövlətimizin başçısı proqram xarakterli çıxışında bu mühüm tədbirin təmsilçilik səviyyəsi və intellektual potensialının aparıcı beynəlxalq konfranslara adekvat olduğunu vurğuladı. 60 ölkədən 350 nəfər iştirakçının olması, habelə onlardan da 50 nəfərdən çoxunun hazırkı və sabiq prezident və baş nazır statusunda təmsilçiliyi özü-özlüyündə bir göstəricidir, Forumda yüksək səviyyəli müzakirələrin keçiriləcəyinin bir əlamətidir. Xüsusilə də müasir beynəlxalq koordinatlar sistemində baş verən köklü dəyişikliklər fonunda yeni yanaşmaların irəli sürülməsi zərurəti Foruma olan diqqəti daha da artıran amillərdən sayılmalıdır.
Prezident İlham Əliyev panellərdən birinin məhz multilateralizmə həsr olunmasına xüsusi diqqət ayıraraq bir sıra mühüm tezislər irəli sürdü. Bəs onlar hansılardır?
Birincisi, vurğuladı ki, Azərbaycan böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində bir az passiv fəaliyyət göstərən Qoşulmama Hərəkatına (QH) 2019-2022-ci illərdə sədrlik etməklə ona çeviklik, innovativlik və dinamika verməyə çalışdı. Bu istiqamətdə mühüm addımlar atdı. Sədrliyimiz dünyanı cənginə alan pandemiya dövrünə təsadüf etdiyindən ölkəmizdən daha çevik  hərəkətlilik tələb edirdi və bu ağır işin öhdəsindən gəlməyi bacardıq. Cənab Prezidentdin qeyd etdiyi kimi, 3 dəfə QH-nın zirvə görüşlərini keçirdik. Bir zirvə görüşü pandemiyaya qarşı mübarizə məsələlərinə həsr olundu. 
QH adından BMT Baş Məclisinin Xüsusi İclasının keçirilməsinin təşəbbüskarı olduq və 2020-ci ilin dekabrında həmin mühüm tədbir keçirildi. Bununla da Azərbaycanın sədrliyi altında QH pandemiyaya qarşı beynəlxalq səylərin birləşdirilməsinə mühüm töhfə verdi.
İkincisi, Prezident İlham Əliev vurğuladı ki, pandemiyaya qarşı qlobal mübarizənin təşkili prosesində növbəti ciddi bir problemlə dünya üz-üzə qaldı. Bu, “peyvənd millətçiliyi” məsələsi idi. Peyvəndlərin qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı problem idi. Bu məsələlərin də həlli istiqamətində beynəlxalq müstəvidə öz səsimizi ucaltıq və ədaləti müdafiə etdik.
Üçüncüsü, pandemiyaya qarşı mübarizə xüsusunda əksəriyyəti QH-ya üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardımlar göstərdik. Ümumdunya Səhiyyə Təşkilatına eyni məqsədlə 10 milyon ABŞ dolları həcmində birbaşa ianə yardımı ayırdıq.
 Dördüncüsü, biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi.
Beşincisi, QH-nin instisional inkişafı prosesinə Azərbaycan ciddi töhfələr verdi.
Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə bizim təşəbbüsümüzlə Parlament Şəbəkəsini yaradıldı. Onun ilk iclası Bakıda təşkil edildi. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir. 
 Cənab Prezident xüsusi olaraq qeyd etdi ki, “soyuq müharibə”dən sonra ilk dəfədir ki, Şərq-Qərb qarşıdurması kritik məzmun kəsb edir. Bu reallıq fonunda QH movcud münaqişə və qarşıdurmalrın həllində yeni yanaşmalarla çıxış edə bilər və təməl prinsiplərinin-Banduq prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər. Söhbət ilk növbədə sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığı prinsiplərindən gedir.
 Cənab Prezidentin X Qlobal Bakı Forumunda xüsusi olaraq toxunduğu məsələlərdən biri də münaqişələrin həlli məsələlərini özündə ehtiva etmişdir. Bu xüsusda dövlətimizin başçısı Ermənistana və beynəlxalq ictimaiyyətə bir sıra mühüm ideya və baxışlarını çatdırmışdır.
 Cənab Prezident münaqişələrin həlli prosesinə diqqəti cəlb edərək vurğuladı ki, onların iki həlli yolu olur: dinc və qeyri dinc. Bu xüsusda dövlətimizin başçısı Ermənistan-Azərbaycan münaqişəsi timsalında kokret fikir, mülahizə və yanaşmalarını səsləndirdi. Vurğuladı ki, bu münaqişəni dinc yolla həll etmək mümükün olmadı. Səbəbi də bəllidir. ATƏT-in Minsk qrupu 1992-ci ildən başlayaraq əslində münaqişənin “dondurulması” mənafeyinə xidmət edən siyasət həyata keçirdi. “Münaqişənin hərbi həlli yoxdur” tezisini əldə bayaraq edərək, Ermənistanda arxayınçılıq və cəzasızlıq sindromunun formalaşmasına rəvac verən davaranış ortaya qoydu. Nəticədə Ermənistan BMT TŞ-nın belə qətnamələrinə qarşı çıxdı, onlara məhəl qoymadı və beynəlxalq ictimaiyyətə hörmətsizlıik göstərdi.
Müzəffər Prezidentimizin rəhbərliyi altında yenilməz Azərbaycan ordusu BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək torpaqlarımızı güc yolu ilə geri qaytarmağa nail oldu. BMT TŞ-nın icra olunmayan qətnamələri işlək vəziyyətə gətirildi. Tarixi adaləti bərpa etdik. Hal-hazırda isə ölkəmiz Ermənistan silahlı qüvvələrinin tamamilə dağıtdığı və viran qoyduğu 10 min kv kilometr əraziminin sürətli bərpası prosesini yaşayır.
 Dövlət başçısının çıxışında yer almış mühüm məsələlərdən biri də postmüharibə dövrünün reallıqlarına həsr olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan sülh istəyir və bu istiqamətdə konkret addımlar atmışdır. Ölkəmiz sülh müqaviləsini imzalamaq üçün Ermənistana beş baza prinsipi təqdim etmişdir. Ermənistandan nəhayət ki, konstruktiv mövqe gözləyirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaq mümkündür.
 Prezident İlham Əliyev Qarabağda yaşayan erməni azlığı ilə bağlı məsələyə də toxunaraq vurğuladı ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlədir. Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. 
Deməli,Qarabağda yaşayan ermənilər də Azərbaycan pasportu daşıyaraq, qanunlarımıza tabe olmalı, ölkəmizdə bütün digər millətlərin istifadə etdiyi bərabər hüquq və vəzifələrdən bəhrələnməlidirlər. Əks təqdirdə ermənilər üçün tunelin o biri başında işıq görünmür.

 

MİLLİ MƏCLİSİN DEPUTATI,

 YAP TƏFTİŞ KOMİSSİYASININ ÜZVÜ,
PROFESSOR ELMAN NƏSİROV



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...