Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirilməyə başlayıb. Məhz uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verdiyi üçün Azərbaycanın sədrliyi təşkilatın təmsilçisi olan ölkələri yekdil rəyi ilə daha bir il – 2023-cü ilin sonunadək uzadılıb.
Carin ilin 02 mart tarixində isə Bakıda daha biri tarixi hadisə yaşandı. Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü öz işinə başladı. 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən 5 ölkənin – Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı Zirvə görüşü bir daha təsdiq etdi ki, bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə üzv kimi təmsil olunmur, eyni zamanda bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir, həmçinin rəhbərlik etdiyi təşkilatın nüfuzunun daha da yüksəlməsi üçün mühüm addımlar atır.
Qoşulmama Hərəkatının sədri olaraq məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək kimi ali dəyərlərin olduğunu söyləyən dövlətimizin başçısı çıxışında qurumun BMT-dən sonra qlobal arenada ikinci ən böyük beynəlxalq təsisat kimi səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməli olduğunu vurğulayıb. Prezident bu mötəbər təşkilatın fəaliyyətinə toxunaraq bəşəriyyətə faciələr yaşadan pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olduğunu və bu təşkilatın səmərəli fəaliyyət göstərdiyini deyib.
Prezident daha vacib bir məqama toxunaraq qeyd etdi ki, Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə bir sıra varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni ciddi maneə kimi dəyərləndirdi. Beləliklə, adıçəkilən qurum bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək məqsədilə 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Beləliklə, Qoşulmama Hərəkatı COVID-19-la mübarizədə nüfuzunu və məsuliyyətini dünyaya nümayiş etdirdi. Bununla yanaşı, ölkəmiz humanizm prinsiplərinə sadiq qalaraq əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi.
BMT sistemində islahatların aparılması, onun Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi məsələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mütəmadi olaraq qaldırılır və buna nail olunması istiqamətində praktik fəaliyyət göstərilir. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında da bu məsələyə toxunaraq bildirdi ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun”.
Dövlət başçımızın digər təklifləri də tədbir iştirakçıları tərəfindən razılıq və məmnunluqla qarşılandı. Məsələn, QH sədri olan Azərbaycan lideri təklif edir ki, yeni hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. Başqa bir təklif isə tam siyasi məzmunludur: “Biz suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub–Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil”.
Dövlət başçımızın iqlim dəyişikliyini, kiçik ada ölkələrinin həmin dəyişikliyin təsirlərinə daha həssas olduqları üçün Yer üzündən silinmək təhlükəsi ilə üzləşməsindən yaranan narahatlığı ifadə etməsi və bir sıra digər məqamları dilə gətirməsi növbəti dəfə sübut etdi ki, Qoşulmama Hərəkatı, sözün həqiqi mənasında, bəşəri proseslərdə iştirak edir və edəcək.
Elnur Hüseynov,
Salyan rayon Statistika İdarəsinin rəisi, YAP fəalı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...