Türkiyə Xarici İşlər Nazirliyi Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçu şəhərində baş verən yanğınla əlaqədar rəsmi Pekindən izahat istəyib.
Bu barədə ölkənin xarisi siyasət idarəsinin açıqlamasında bildirilib.
“Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidə baş verən yanğın nəticəsində həlak olanlar və yaralananların olduğu dərin üzüntü ilə öyrənilib. Bu kədərli hadisə ilə bağlı başsağlığı verir, yaralılara şəfa diləyirik. Yanğının başlama səbəbi ilə bağlı ictimaiyyətə aydınlıq gətirilməsini gözləyirik”, – XİN-in açıqlamasında qeyd olunub.
Noyabrın 24-də saat 18.00 radələrində Urumçinin mərkəzi rayonu olan Tianşanda yaşayış kompleksində yanğın başlayıb. Binanın 15-ci mərtəbəsində başlayan yanğın 17-ci mərtəbəyə, tüstü isə 21-ci mərtəbəyə çatıb. Tüstüdən 10 nəfər ölüb.
Yanğınsöndürənlər yanğını cəmi 3 saata söndürə biliblər.
Sosial şəbəkələrdə COVID-19 ilə əlaqədar binanın karantinə alındığı üçün mənzil sakinlərinin içəridə sıxışdırıldığına dair məlumatlar paylaşılıb, yanğınsöndürənlərin əraziyə gec gəlməsi müzakirələrə səbəb olub.
Rəsmilər ərazinin “aşağı riskli” nəzarət zonası olduğunu, mənzildə yaşayanların bayıra çıxa biləcəyini iddia etsə də, epidemiyaya nəzarət məlumat bazalarında bölgənin hələ də “yüksək riskli” olaraq təsvir edildiyi məlum olub. “Yüksək riskli” ərazilərdə yaşayanlar karantinə alındıqda evlərini tərk edə bilmirlər. Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidə avqustun əvvəlindən bir çox yaşayış məntəqələrində “qismən karantin” tədbirləri həyata keçirilib.
Əhaliyə nisbətən halların az olmasına və onların əksəriyyətində xəstəlik əlamətlərinin olmamasına baxmayaraq, Çin “sıfır hal” adlandırılan ciddi epidemiya nəzarət tədbirlərini həyata keçirməyə davam edir.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...