image image

Zərdab rayonunun Şıxbağı kəndində yaralı əsgərlə görüş keçirilib-FOTO

image

 

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatların qarşısını alarkən qəhrəmanlıq göstərərək yaralanmış Zərdab rayonunun Şıxbağı kənd sakini Cəbrayılov Zeynal Eldəniz oğlu doğma kəndinə qayıdıb.

 

Kanal4.az Qanunla.Az-a isitinadən  xəbər verir ki, 22 sentyabr 2022-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, başçının birinci müavini Rəhman Feyzullayev, İHB Aparatının şöbə müdiri Zinhar Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin rəisi Ramin Əhmədov, ərazi üzrə icra və bələdiyyə orqanlarının rəhbərləri yaralı əsgər və ailəsi ilə görüşüb. Görüş zamanı icra başçısı qeyd edib ki, Azərbaycan  Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz nəinki ermənilərin təxribatının qarşısını almış, torpaqlarımızın qorunmasında qəhrəmanlıq göstərmiş, düşmənin xeyli döyüş texnikasını, canlı qüvvəsini məhv etmişdir. O, bildirib ki, Zəngilan rayonu istiqamətindəki şiddətli döyüşlər nəticəsində Zərdab rayonunun Kəndəbil kəndindən olan kiçik gizir Rüstəmov Fərid Nafil oğlu da qəhrəmancasına həlak olmuşdur. İcra başçısı Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyib. Görüş iştirakçıları hərbi xidmətdə Zeynal Cəbrayılova uğurlar arzulayıblar. Görüşün sonunda əsgərin ailəsinə maddi və ərzaq yardımı olunub. Göstərilən qayğıya görə özü və ailəsi adından ölkə rəhbərliyinə minnətdarlıq edən əsgər Zeynal Cəbrayılov bundan sonra da Vətənə sədaqətlə qulluq etməyə, Ali Baş Komandanın hər an verə biləcək döyüş əmrinə hazır olduğunu bildirib.

image-977ac8295fa6b140f7cc9a242eb56263-1image-d72bb58db80ac96593bca5535821c717image-8dc2f17696df977316a0674c01f114b9image-db0f23ae9fd881f592684867ddcd9bdb



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...