Xalqın güc və birlik rəmzinə çevrilmiş “dəmir yumruq” nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə rəşadətli Azərbaycan Ordusu son 200 ildə ilk dəfə olaraq Azərbaycan tarixinə möhtəşəm Qələbə səhifəsi yazdı.
Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisi Deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu tarixi qələbəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, qətiyyətli siyasəti nəticəsində mümkün olub. “Bildiyimiz kimi 200 ildən artıqdır ki, ermənilərin Azərbaycana qarşı düşmənçilik siyasəti davam edir. Təkcə son 30 illik işğalçılıq siyasəti nəticəsində milyondan artıq azərbaycanlı öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşüb. Azərbaycanlılara qarşı davamlı olaraq soyqırım, terror, hərbi cinayətlər törədilib. On minlərlə insan bu yürüdülən faşist siyasətinin qurbanı olub. Ermənistan Azərbaycana qarşı bu faşist siyasətini xarici havadarlarının yaxın dəstəyi ilə reallaşdırıb. Ermənilərin son 30 ildə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin qarşısını beynəlxalq aləmin dəstəyi ilə alınması istiqamətində aparılan işlər də öz nəticəsini verməyib. BMT Təhlükəsizlik Şurası ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxması barədə 4 qətnamə qəbul etsə də, bunlar hamısı kağız üzərində qalıb. Bundan başqa digər beynəlxalq təşkilatlar, hətta Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu, münaqişənin həlli ilə bağlı qəbul etdiyi sənədlərinə laqeydlik nümayiş etdiriblər. Sözdə münaqişənin həllinin vacibliyini desələr də, real əməldə işğalçıya dəstək olublar. Ən yaxşı halda isə işlərini bəyanat verməklə bitiriblər. Ermənilər də ATƏT MQ həmsədrlərinin bu riyakar hərəkətindən yararlanaraq davamlı olaraq Azərbaycana qarşı təxribatlar törədiblər”- deputat qeyd edib.
Deputat əlavə edib ki, buna baxmayaraq Azərbaycan, Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını bəyan edərək, torpaqların işğaldan azad edilməsi istiqamətində düşünülmüş, hədəflərə xidmət edən strategiya müəyyənləşdirib və ona uyğun siyasətini həyata keçirdi: “Azərbaycan Prezidenti qələbəni təmin etmək üçün ölkənin iqtisadi və hərbi gücünü artırmaqla paralel olaraq, beynəlxalq müstəvidə də fəal diplomatiya yürütmüşdür. Qısa zaman ərzində ölkənin iqtisadiyyatı gücləndi və dünyanın sayılıb seçilən ordularından biri formalaşdırıldı. Diplomatik müstəvidə isə münaqişənin həlli üçün zəmin yaradan beynəlxalq fəaliyyət öz bəhrəsini verməyə başladı. Yürüdülən məqsədyönlü diplomatik fəaliyyət nəticəsində Azərbaycan beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə yanaşı, dünya ölkələrindən Qarabağ məsələsində ciddi dəstək qazanmağa başladı. Azərbaycanındavamlı olaraq aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlığı, münaqişənin həlli üçün hüquqi bazanı hazırlanmasına şərait yaratdı. Digər tərəfdən isə Azərbaycan Prezidentinin yürütdüyü düşünülmüş siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olundu. Bütün bunlarla paralel olaraq münaqişənin həllində danışıqlar da həyata keçirilirdi. Lakin danışıqlar nəticə vermirdi. Ermənistanın sərgilədiyi destruktiv mövqe və beynəlxalq aləmin İrəvanın işğalçılıq siaysətindən geri çəkilməsi istiqamətində ciddi addımlar atmaması,problemin güc yolu ilə həllini zəruri edirdı. Səbr kasası dolan xalq ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşərək Ermənistanın işğalçılıq siyasətinə son vermək üçün güc yolundan istifadə etmək barədə əmr verilməsini gözləyirdi. Lakin cənab Prezident düzgün bir zamanı gözləyirdi. Həmin an 2020-ci ilin sentyabrın 27-də yetişdi.
Müasir hərb tarixinə öz adını qızıl hərflərlə yazan Azərbaycan Ordusu qısa zaman ərzində düşməni darmadağın edib, diz çökdürüb ağır məğlubiyyətə uğratdı. Rəşadətli Azərbaycan Ordusu 44 günülük Vətən savaşında ölkəmizin ərazi bütövlüyünü təmin edərək, uzun illər işğal alıtnda olan, əzəli və əbədi topaqlarımızda üçrəngli Azərbaycan bayrağını dalğalandırdı. Bu gün artıq dünya hərbi mərkəzləri Azərbaycan Ordusunun tətbiq etdiyi taktiakaları öyrənir”- o bildirib.
Deputat onu da əlavə edib ki, hər zaman olduğu kimi 44 günlük Vətən savaşında da qardaş Türkiyə müharibənin ilk günündən Azəbaycanın yanında olaraq, öz mənəvi və siaysi dəstəyini nümayiş etdirdi. “Qardaş Türkiyənin belə bir dəstəyi Azərbaycanın gücünə əlavə güc qatdı. Çünki Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq erməni işğalçılığına son qoyması istiqamətində hərbi əməliyyatlar həyata keçirsə də, ermənilərin havadarları hər vəchlə buna mane olmağa çalışırdı. Odur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə hərbi əməliyyatların gedişinə deyil, eyni zamanda informasiya müharibəsinin önündə gedirdi. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz fəaliyyət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilməlidir. Məhz cənab Prezidentin informasiya müharibəsindəki göstərdiyi şücaət nəticəsində beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib oldu. Çünki Müzəffər Ali Baş Komandan informasiya sahəsində apardığı savaş nəticəsində məsələ ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu”- o qeyd edib.
Deputat onu da deyib ki, qələbənin əldə edilməsində ölkədə siyasi və milli həmrəyiliyin olması da müstəsna rol oynadı. “Mövqeyindən asılı olmayaraq bütün vətəndaşlarımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Və bu birlik xalqın rəmzinə çevrilən “dəmir yumruğa” çevrildi. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması, vahid amal uğrunda birləşməyimiz, bəzi mənfur xarici dairələrə öz çirkin planlarını Azərbaycanda həyata keçirməyə imkan vermədi”- deputat vurğulayıb.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbə nəticəsində Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı: “Yaranan bu yeni reallıq bütövlükdə regionun davamlı inkişafına, sıx əməkdaşlıq formatlarının yaranmasına, dayanıqlı sabitliyin, sülhün, təhlükəsizliyin yaranmasına yeni imkanlar açır. Əminəm ki, cənab Prezidentin yürütdüyü düşünülmüş siyasət nəticəsində yaxın gələcəkdə bölgəmiz yeni inkişaf mərhələsinə qədəm qoyacaq və işğaldan azad olunan torpaqlarımızda həyat yenidən canlanacaq. Bölgədə sülh və əmin-amanlıq bərqərar olacaq. Azərbaycan yeni-yeni qələbələrə imza atacaq.
Ümumiyyətlə, bu gün Azərbaycan yeni bir tarix yazmaqdadır. Azərbaycan təkcə hərb meydanında deyil, eyni zamanda müharibə dövründə informasiya savaşında, diplomatik müstəvidə də qələbə çaldı. Azərbaycan hərbi, informasiya, diplomatiya meydanındakı qələbəsini müharibədən sonra da azad olunmuş torpaqlarımızda bərpa-quruculuq sahəsində də nümayiş etdirməkdədir. Azərbaycan bu sahədə də öz qüdrətini dünyaya nümayiş etdirir. Artıq işğaldan azad olunan ərazilərimizdə sürətlə bərpa-quruculuq işləri gedir. Əminəm ki, ən qısa zamanda biz cənab Prezidentin rəhbərliyi altında Qarabağın, Şərqi Zəngəzurun gülüstana çevrildiyinin, ümumiyyətlə bölgənin sıx əməkdaşlıq məkanına çevrildiiynin şahidi olacağıq. Bu da Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmlənməsinə və lider ölkə rolunu oynayan bir ölkəyə çevrilməsinə imkan yaradacaq”.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...