image image

Mustafayevlə Ermənistana verilən mesaj: Son tarix kimi aprel göstərildi...

image

 

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Azərbaycanla Ermənistan arasında sülh müstəvisində danışıqlar davam edir. Nikol Paşinyanın kəndlərin boşaldılması ilə bağlı mesajı da Ermənistanda birmənalı qarşılanmayıb. Sizcə, indiki situasiyada hərb yoxsa, sülh formulu daha güclüdür?

- Hadisələrin gedişi və təhlili göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh mühitinin yaradılması yaxındır. Hansısa formada sülh istiqamətində razılaşmanın əldə olunması gözlənilir. Paşinyanın xüsusi olaraq Qazaxla həmsərhəd kəndlərə gəlməsi, orada məsələ ilə bağlı açıq izahlar verməsi diqqətlə izlənilən məsələlər sırasında idi. Onun burada “Kəndlərin boşaldılmasından imtina etsək, bir həftə sonra müharibə başlayacaq. Bunun nəticələrini mən bililərəm. Sonra məni ittiham etməməyiniz üçün bunları sizə açıq deyirəm” - fikirləri kifayət qədər ciddi mesaj idi. Burada artıq manipuliyasiya, siyasi konyuktura görünmür. Bu, parlamentdə və yaxud mətbuatda edilən çıxış deyil. Əslində, Azərbaycanın işğalda saxlanılan kəndlərinin boşaldılması ilə bağlı şübhə yeri qoymur.

- Sizcə, ərazilərdən erməni qoşunlarının geri çəkilməsi sülh prosesinə necə təsir edəcək?

- Kəndlərin qısa zamanda boşaldılması Ermənistanın sülhə doğru atdığı ilk addım olacaq. Lakin məsələ bununla bitməli deyil. Paşinyan Azərbaycanın anklav olan 4 kəndini də təhvil verməlidir. Bu baş verməsə, Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçməli olacaq. Çünki bir qarış torpağımız Ermənistanda qalmamalıdır. İki yüz ildən bəri Ermənistan ayrı-ayrı himayəçilərinin dəstəyi ilə Azərbaycanın tarixi ərazisində 29 min kv km-dən artıq əraziyə malik dövlət yaradıb.

- Ermənistanın indiki halda kəndlərin təhvil verilməsi fonunda yaşadığı ajiotaj nə ilə bağlıdır?

- 90-cı ildən sonra Ermənistan tərəfindən işğal edilən bütün Azərbaycan torpaqları geri qaytarılmalıdır. Erməni tərəfi bunu ciddi şəkildə anlamalıdır. Ölkəmizin mövqeyinə Ermənistan öz təhlükəsizlik kontekstində yanaşmalıdır. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev vasitəsi ilə erməni tərəfinə çatdırılan mesaj, onları düşünməyə vadar edib. Çünki bu, rəsmi xəbərdarlıqdır. Bu heç də mətbuatda və yaxud Milli Məclisdə səslənən fikirlər deyil. Erməni tərəfi Azərbaycan Prezidentinin hər sözünün üstündə durduğuna da artıq bələddir. Ölkə başçısının məhz Şahin Mustafayev vasitəsi ilə Ermənistana edilən xəbərdarlığından qarşı tərəf nəticə çıxarır. Məhz Azərbaycan ərazilərinə bitişik Qazaxın 4 kəndinin təhvil verilməsi ilə bağlı Ermənistanın yanaşmaları buna hesablanıb.

- Qısa zamanda Ermənistan tərəfi nəhayət siyasi iradə sərgiləyə biləcəkmi?

- Sözsüz ki, Ermənistan tərəfindən baş nazir səviyyəsində kəndlərin boşaldılması ilə bağlı sərgilənən mövqe müsbət haldır. Gələn ay, yəni apreldə bu prosesin kəndlərin boşaldılması ilə yekunlaşması mümkün olmalıdır. Əks halda Azərbaycan Ordusu məsələnin həlli üçün hərəkətə keçəcək.

- Azərbaycan-Ermənistan parlament sədrləri səviyyəsində birbaşa dialoqun baş tutması sülh prosesinə necə təsir edə bilər?

- Bu amil Prezident İlham Əliyevin xarici siyasətinə parlament diplomatiyası yeni çalarlar qatacaq. Milli Məclisin spikeri Sahibə Qafarovanın Ermənistan parlamentinin sədri ilə görüşü yeni bir formatdır. Bu eyni zamanda münasibətlərin nizamlanmasına xidmət edəcək platforma kimi də dəyərləndirilə bilər. Azərbaycanla Ermənistan arasında müxtəlif dövlət rəsmiləri səviyyəsində görüşlər baş tutub. Burada parlament sədrlərinin keçirdiyi görüş, sülhə xidmət edən müzakirələrin aparılması müsbət amildir. Nəhayət, erməni tərəfi bütün məsələlərdə səmimi olarsa, 2024-cü il sülh müqaviləsinin imzalanması kimi səciyyələnər. Bunun fonunda geopolitik vəziyyət Zəngəzur dəhlizinin açılmasına imkan yaradar.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...