image image

AMEA-nın alimləri Nizami Gəncəvinin vəfat gününə həsr olunmuş konfransa qatılıblar

image

 

Gəncə – Daşkəsən Regional Mədəniyyət İdarəsi, Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycandan dünyaya doğan əql günəşi ulu Nizami Gəncəvinin anım günü ilə əlaqədar olaraq “Nə qədər şair var, söz var şeir var. Dünyada onlardan mənəm yadigar” adlı elmi – bədii konfrans keçirilmişdir.

Öncə Gəncə şəhərində ulu Nizaminin məqbərəsi ziyarət olunmuş, qəbri üzərinə tər çiçəklər düzülmüşdür. Daha sonra Samux rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Könüllü teatr” ın könüllüləri Nizami Gəncəvinin “Xəmsə” sində öz əksini tapmış obrazlardan yeddi gözəl əllərində içərisində Nizami Gəncəvinin hikmətli sözləri olan açıqcalarla qonaqları qarşılamışlar. Daha sonra ekspozisiya zalında şairin yaradıcılığından hazırlanmış nadir əl işləri olan keramika, zərb etmə nümunələri həmçinin Gəncə şəhərində Nizami Gəncəvi ünvanlı abidələrdən ibarət foto sərgiyə baxış keçirilmişdir. Tədbirin rəsmi hissəsinə başlamazdan öncə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra tədbiri Samux rayonun Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova açaraq iştirakçıları salamlamış ulu Nizami Gəncəvinin söz xəzinəsindən qaynaqlanan konfransın əhəmiyyətini diqqətə çatdırmışdır. Çıxış üçün söz siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, Fəlsəfə və Sosiologiya İnstitutunun alimi Sənan Həsənova verilmişdir. S.Həsənov dahi Nizami Gəncəvinin  irsinin öyrənməsi istiqamətində ölkəmizdə elmi məktəblərin rolundan danışmış,  son illər AMEA-da Nizamişünaslığın geniş tədqiqat obyektinə çevrildiyini və AMEA rəhbərliyinin bu sahəyə xüsusi diqqətini qeyd etmişdi. Bu zəngin irsin öyrənməsində Heydər Əliyev Mərkəzləri ilə əməkdaşlığın rolu diqqətə çatdırılmışdır.

2023-cü ildə AMEA-da çap olunmuş elmi əsərlərin hesabatlarından ibarət kitablar mərkəzə təqdim edilmişdir. Daha sonra Azərbaycan Milli Elmler Akademiyası A.A.Bakixanov adına Tarix və Etnologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru İlham Həsənov çıxış edərək tədbiri Nizami Gəncəvi irsinin  təbliğində mühüm addım adlandırmış və bu istiqamətdə təhlillər aparmışdı. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova Nizami Gəncəvi  dühasının elmi mahiyyətini, onun təfəkkür sistemindəki humanizm, bəşərilik, ədalət amillərinin elmi təhlilini önə çəkmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Nizami Gəncəvi yaradıcılığının milli mentaletimizə əvəzsiz töhvələrini, bəşəriliklə milliliyin sintezində azərbaycanlı milli kimliyinin dərk olunmasında dahi şəxsiyyətinin əsərlərinin əhəmiyyətini geniş təhlil etmişdir. Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Nizami Gəncəvi Məqbərə filialının müdiri Gülnarə İsmayılova isə öz çıxışında gənc nəslin vətənpərlik ruhunda tərbiyə olunmasında Nizami Gəncəvi  irsinin mühüm rolunu qeyd etmişdir.

Tədbirdə “Könüllü teatr” ın yarandığı 4 il müddətində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş və tamaşaçılara təqdim olunmuş səhnələrdən yığılmış videoçarx təqdim edilmişdir. Tədbirin bədii hissəsində Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş klassik musiqilərimizdən İslam Əlizadənin ifasında “Sənsiz”, Hüseyn Abdullayevin ifasında “Sevgili canan”, həmçinin Fuad Ramazanovun ifasında muğam səsləndirilmiş eyni zamanda İslam Əlizadə və Göygöl Dövlət rəqs ansamblının solisti Aygün Məsimovanın ifasında ” Leyli və Məcnun ” operasından səhnəsi canlandırılmışdır.

Tədbirdə ölkəmizdə və dünyada Nizami Gəncəvinin parçadan hazırlanmış portreti 14 metr uzunluğunda tamamilə əl işi olan portreti nümayiş etdirilmişdir.

Tədbir sonunda “açıq mikrafon” ilə yekunlaşmışdır ki, açıq mikrafonda bütün tədbir iştirakçıları Nizami Gəncəvinin qəzəllərini və beşlikdə olan əsərin hər hansı bir hissəsini səsləndirmişlər.     





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...