İNK-sı Qəbələdə şəhid ailələri ilə görüş keçirdi.
İNK-sı Qəbələdə şəhid ailələri ilə görüş keçirdi.
Şəhid Rəşid Nəsrullayevin doğum günündə ailəsi və məzarı ziyarət edildi.
İctimai Nəzarət Koalisiyasının rəhbəri Rasim Məmmədov, İNK-nın Qəbələ rayon sədri Təranə Almemmdova, İNK-nın Tərtər rayon sədri Nəcmiyyə Zeynalzadə və Xocalı şahidi Mürvət Məmmədov birlikdə dünən Qəbələdə şəhid ailələri ilə görüş keçirdi .
Qəbələdə keçirilən görüşün əsas səbəbi II Qarabağ müharibəsi zamanı şəhid olan Rəşid Nəsrullayev Qəzənfər oğlunun doğum günü olması idi. Elə həm gündə İNK- İH sədri Rasim Məmmədovun da doğum günü idi. Doğum günündə şəhid anaları ilə birlikdə olan Rasim Məmmədov görüşə 85 yaşlı anası Hafizə xanımla gəlmişdi. Rəşidin doğum günündə onun ailəsinin yanında olan İctimai Nəzarət Koalisiyası təşkilatının nümayəndələri Qəbələ rayonunun 25 şəhid ailəsi ilə görüş keçirdi.
Bunu Kanal4.az_a Açıqlamasında Gəncə rayon İctimai Nəzarət koalisiyasının Tərtər rayon sədri Nəcmiyyə Zeynalzadə deyib.
Daha sonra İNK- İH sədri tərəfindən şəhid ailələrinin problemləri dinlənildi qeydə alındı və yerindəcə aidiyyatı orqanlara bildirildi.
Sonra şəhid ailələri ilə birlikdə şəhid Rəşid Nəsrullayevin məzarı ziyarət edildi.
2016-cı ilin Aprel şəhidi leytenant Sahil Şirinovun portreti qoyulmuş körpünü ziyarət etdikdən sonra Şəhid Zeynalov Adəm adına Şəhid bulağını, Tikanli, Uludas, Yemisanli, Mixliqovaq, Kotuklu kəndlərinin birinci ve ikinci Qarabag müharibəsində iştirak edən şəhidlərimiz adına olan bulaq ziyarət edilmişdir.







